Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınılılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il şənliyini qeyd etdilər.

29 dekabr 2015 | 16:00

29 dekabr 2015-ci il tarixdə  Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi  rayonunun  Taxtakörpü  qəsəbəsində  Laçın  Rayon  İcra  Hakimiyyətinin  təşkilatçılığı  ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilmişdir.
      Rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin  iştirakı ilə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü, Şəhidlərin Xatirə Kompleksi  ziyarət olunduqdan sonra tədbir  Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixinin birbaşa Ulu öndər Heydər Əliyevlə bağlı olduğunu bildirən natiq 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyevin  təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasını xalqımızın tarixində qazanılmış ən böyük nailiyyət olduğunu bildirmişdir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir, Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov arzu etmişdir ki, 2016-cı il Qarabağımızın işğaldan azad ediləcəyi və Azərbaycan tarixinə şanlı qələbə ili kimi düşəcək bir il olsun, belə tədbirləri gələn il bu vaxtı Laçın torpağında qeyd edək.
Eyni zamanda  bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz cənab  İlham Əliyev yüksək diqqət  və  həssaslıqla yanaşmaqla, bu bayramın  dövlət  səviyyəsində keçirilməsinə geniş  şərait  yaratmışdır.
  Eyni zamanda bildirilmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğı  da xalqımız tərəfindən rəğbətlə qarşılanır.
  Rayon İcra Hakimiyyətinin  başçısı  Akif Səlimov  çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi  torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə,  bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına qəti əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin Laçın rayon şöbəsi tərəfindən bayram münasibətilə maddi yardımlar olunmuşdur.  
Sonra  tədbir  Rayon   Mədəniyyət və Turizm Şöbəsinin  Heydər Parkında hazırladığı  geniş bayram konserti ilə davam etdirilmişdir. Şaxta baba və qar qızın tədbirdə iştirak edən uşaqlara  hədiyyə paylaması uşaqlar tərəfindən sevinclə qarşılanmışdır.
Tədbirdə səsləndirilən rəngarəng  musiqi nömrələri qəsəbə  sakinlərində yüksək  bayram əhval - ruhiyyəsi yaratmışdır.

Keçidlər