Şriftin ölçüsü :

Saytın rəngi :

“15 may Beynəlxalq Ailə günü” İsmayıllı şəhərində qeyd olunmuşdur

16 may 2012 | 15:00

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “ 15 may Beynəlxalq Ailə Günü ” münasibəti ilə İsmayıllı şəhərində Heydər Əliyev adına parkda bayram tədbiri keçirilmişdir. Bildiririk ki, ölkəmizin də qoşulduğu “15 may Beynəlxalq Ailə Günü” BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən hər il may ayının 5-dən 15-dək keçirilməklə bütün dünyada qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Ömrünün 34 ildən çoxunu xalqımızın inkişafı və firavanlığına həsr etmiş Ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlı ailəsinə, onun problem və çətinliklərinə diqqət və həssaslıqla yanması cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu baxımdan 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” nin, 2006-cı ildə isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması bu sahədə xeyli irəliləyişlərə səbəb olmuşdur. Son illər “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” tərəfindən 15 may Ailə günü ilə bağlı yekun tədbirin regionlarda keçirilməsi, bütün regionlarının bu tədbirə cəlb edilməsini asanlaşdırmışdır. 2012-ci il 15 may tarixdə İsmayıllı şəhərində Heydər Parkında 78 ailənin iştirakı ilə keçirilən tədbirdə rayonumuzu Ərikli kənd sakini, övladlarının biri Türkiyədə təhsil almış, biri isə hal-hazırda ABŞ-da təhsil alan, digər övladı isə Prezident Təqaüdçüsü, Azərbaycan Tibb Universitetinin məzunu olan İsgəndərov Məhəmməd Əli oğlu öz ailəsi ilə birlikdə təmsil etmişdir. Bayram tədbirindəki nümunəvi iştirakına görə İsgəndərovlar ailəsi Komitə tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Bayram tədbirində dövlətimizin ailələrə göstərdiyi atalıq qayğısından danışılmış, müxtəlif rayonlardan gəlmiş ailələrin əl işləri nümayiş olunmuş, yaradıcı ailələrin və respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir.
 

Keçidlər