Növbəti görüş-səyyar qəbullar Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Ərdəşəvi, Fingə və Mişni obalarında keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları 11 dekabr 2015-ci il tarixdə Laçın rayonunundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazisindəki Ərdəşəvi, Fingə və Mişni obalarında keçirilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüşlərdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə geniş məlumat vermişdir.
Görüşdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini vurğulamışlar.
Görüşlərdən sonra keçirilmiş səyyar qəbullarda Ərdəşəvi, Fingə və Mişni kəndlərindən olan sakinlərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Hər üç görüş-səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ərdəşəvi, Fingə və Mişni kənd tam orta məktəbinin müəllim-şagird kollektivi ilə görüşmüş, məktəbdəki təhsil prosesinin keyfiyyəti ilə yaxından maraqlanmış, eyni zamanda müəllim kollektivinə öz tapşırıq və tövsiyyələrini vermişdir.
Görüş-səyyar qəbullar kənd sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.