Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Xətai rayonunda keçirilmişdir.

27 noyabr 2015 | 16:00

27 noyabr 2015-ci il  tarixdə günün ikinci yarısı Bakı şəhərinin Xətai rayonunda Kamallı kənd tam orta məktəbində 57 nəfərin iştirakı ilə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin bir qrupu ilə görüşü-səyyar qəbulu keçirilmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
  Görüşdən sonra keçirilmiş səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
    Səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər