Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi ilə bağlı tədbir keçirildi.

20 noyabr 2015 | 16:00

20 noyabr 2015ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı ilə birgə  tədbir keirilmişdir. Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazisində baş tutan tədbirin iştirakçıları ilk öncə  Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək hörmət və ehtiramlarını bildirmişlər.
Sonra  tədbir  Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında davam etdirilmişdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri Laçın Rayon  İcra Hakimiyyətinin başçısı Akif Səlimov giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini bildirdi. Rayon rəhbəri çıxışında onu da qeyd etdi ki, Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
Tədbirdə digər çıxış edənlər  xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildirdilər.

Keçidlər