Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dini radikalizm mövzusunda tədbir keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dini radikalizm və onun nəticələri haqqında tədbir keçirilmişdir. Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən Laçın rayon 34 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Laçın Rrayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, rayon prokroru Ceyhun Almasov, rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov, rayonun axundu Əsgər Məmmədov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin analitik informasiya və təhlil şöbəsinin müdiri Rüstəm Ramazanov, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştrak etmişlər.
Tədbiri giriş sözü ilə açan Laçın Rrayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova tədbirin mahiyyəti və məqsədi haqqında məlumat verdikdən sonra rayon prokroru Ceyhun Almasov məruzə ilə çıxış etdi. O, məruzəsində dini cərəyanların yaranma tarixindən və dünya siyasətində müsəlman dünyasını sarsıtmaq və parçalamaq məqsədi ilə ondan necə istifadə edilməsi haqqında tədbir iştrakçılarına ətraflı məlumat verdi. Qeyd edildi ki, vaxtilə müəyyən məqsədlər üçün yaradılmış dini cərəyanlar və məzhəblər islam dünyasına qarşı yönəlmiş bir silah kimi daim gündəmdə saxlanılmış, tarixin müəyyən dönəmlərində ondan məharətlə istifadə edilmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən bu dini cərəyanların nümayəndələri müxtəlif adlar altında ölkəmizə daxil olmağa başlamış və təbliğatın müxtəlif formalarından istifadə etməklə özlərinə tərəfdarlar toplamağa başlamışlar. Əvvəlcə bu işlər əyalətlərdə gizli şəkildə həyata keçirilsə də sonradan paytaxtda və respublikanın böyük şəhərlərində də icra edilməyə başlamışdır. Çox təəssüf ki, bu gün ölkəmizdə bir sıra dini cərəyanların nümayəndələri fəaliyyət göstərir ki, onların da məqsədi müstəqil dövlətin dayaqlarını sarsıtmaq, dini qayda-qanunlarla idarə edilən dövlətin yaranmasına xidmət etməkdən ibarətdir. Ancaq ölkəmizin suverenliyinə və müstəqilliyinə yönəlmiş digər təxribatçı fəaliyyətlər kimi, dini cərəyanların nümayəndələrinin fəaliyyəti də dövlətin nəzarətindədir və heç zaman onların məqsədlərinin həyata keçirilməsinə imkan verilməyəcəkdir.
Sonra Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin nümayəndəsi R.Ramazanov, rayonun axundu Ə. Məmmədov, Rayon Polis şöbəsinin rəisi M.Kərimov, 40 nömrəli Laçın tam orta məktəbin direktoru O.İsgəndərov, Rayon Mərkəzi Xəstəxanasının həkimi S.Əmirov, Qızıl Aypara Cəmiyyəti rayon komitəsinin sədri Ə.Hüseynov, 35 nömrəli Laçın tam orta məktəbin müəllimi R.Nəcəfova öz çıxışlarında radikal dini cərəyanların fəaliyyəti , onların yaratdığı fəsadlar və onlara qarşı mübarizə yollarından danışdılar.
Tətbirdə yekdil bir fikir səsləndi ki, bu mövzu ilə bağlı cəmiyyətdə böyük təbliğat işləri aparılmalı, belə təbliğat işləri təhsil müəssisələrində, ictimai yerlərdə, hər bir ailədə xüsusilə intensiv şəkildə həyata keçirilməlidir. Bu işdə siyasi mənsubiyyətindən, tutduğu vəzifəsindən saılı olmayaraq hər bir vətəndaş dövlətin yanında olmalı, insanların şüurlarının zəhərlənməsinə və bəşəri dəyərlərin unudulmasına yönəlmiş hər bir fəaliyyətə qarşı fəal mübarizə aparmalıdır.