Laçınlı məcburi köçkünlər elliklə geniş iməcilik keçirdilər.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.20-ci yarımbəndində müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsinin təşkil olunması yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxil edilmişdir.
Bu baxımdan Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun müvafiq tapşırığına əsasən nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 2015-ci il 13 noyabr tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin kompakt olaraq müvəqqəti məskunlaşdıqları Taxtakörpü ərazisində geniş iməcilik təşkil olunmuş, elliklə keçirilmiş iməcilikdə 2500 nəfərdən çox laçınlı iştirak etmişdir. İməciliyə rayonunun ərazidəki bütün əmək kollektivləri və məcburi köçkünlər qatılmışlar. Təşkil edilmiş iməcilikdə Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbənin ərazisində, Vağazin, Qarakeçdi, Şeylanlı, Ağbulaq, Mayıs obalarının yaxın ətrafında, Taxtakörpü-Mayıs avtomobil yolunun hər iki tərəfində və ətraf sahələrdə hamılıqla təmizlik işləri aparılmışdır. Aparılmış təmizlik işləri ərazilərə yeni görkəm vermiş, sakinlər tərəfindən razılıq və minnətdarlıq hissləri ilə qarşılanmışdır.