Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya günü ilə bağlı tədbir keçirildi.

12 noyabr 2015 | 16:00

12 noyabr 2015-ci il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Konstitusiya Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra  tədbir  Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasında  davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  açıq elan etdikdən sonra, bütün xalqımızı, tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etmiş,  hər il olduğu kimi, bu il də xalqımızın Konstitusiya Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş yeni konstitusiyanın qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə və çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslandığını bildirmişdir.
           Tədbirdə “Konstitusiyamız Qarabağımızda, Laçınımızda, Şuşamızda, Xankəndimizdə, Xocalımızda  və işğal altında olan digər ərazilərimizdə hüququn, qanunun aliliyini qorumaq üçün intizardadır”  mövzusunda Laçın Rayon Prokuroru Ceyhun Almasovun məruzəsi dinlənilmişdir. Məruzədə və çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanın yaradılmış ilk Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdığı, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünyada nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə olduğu xüsusilə vurğulanmışdır. Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaqdır.

Keçidlər