Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.

07 noyabr 2015 | 16:00

07 noyabr 2015-ci il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir. Ərazidəki rayon məktəblilərinin də qatıldığı  tədbir  iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
     Sonra  tədbir Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının mənzil qərargahında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan  tədbirdə “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə və çıxışlarda bu gün Azərbaycan Respublikası üzərində dalğalanan  üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda,  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edildiyi, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğu, eyni zamanda         müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik  və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğu bildirilmişdir.
Həmçinin bildirilmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan  Respublikasının  Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  17 noyabr  2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-nun  Azərbaycan Respublikasında  Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə,  Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını  xüsusilə vurğulamışlar.
    Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmaqla,  bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
     Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.

Keçidlər