Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində “Radikal dini təriqətlərin və cərəyanların, dini ekstremizmin yayılmasının əhalinin, ictimaiyyətin maarifləndirilməsi yolu ilə qarşısının alınması” mövzusunda geniş seminar-müşavirə keçirilmişdir.

23 oktyabr 2015 | 15:00

23 oktyabr 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayonun hüquq-mühafizə, xüsusi xidmət orqanlarının rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Radikal dini təriqətlərin və cərəyanların, dini ekstremizmin yayılmasının əhalinin, ictimaiyyətin maarifləndirilməsi yolu ilə qarşısının alınması” mövzusunda geniş seminar-müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin iclas zalında baş tutan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən, müdrik siyasət nəticəsində  dövlətimizin dünyada ən tolerant bir dövlətə  çevrildiyini bilirmişdir.
Rayon prokuroru Ceyhun Almasov  “Radikal dini təriqətlərin və cərəyanların, dini ekstremizmin yayılmasının əhalinin, ictimaiyyətin maarifləndirilməsi yolu ilə qarşısının alınması” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edən məktəb direktorları, digər ziyalılar  gənclərin dini təriqətlərin və cərəyanların təsiri altına düşmə səbəblərindən danışmış, belə halların qarşısının alınması istiqamətində aparılan və aparmalı olduqları işlərin dövlətimizin gələcəyi üçün nə qədər  əhəmiyyətli olduğunu xüsusilə vurğulamışlar.

Keçidlər