Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2015-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir.

20 oktyabr 2015 | 15:00

19 oktyabr   2015-ci il tarixdə  Laçın Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn  vəzifələrlə əlaqədar Laçın rayonunda  görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  tərəfindən Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.         
  İclası giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif  Səlimov gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Laçın rayonunda  cari  ilin  9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir. Həmçinin məruzədə bildirilmişdir ki,  hesabat  dövründə  38  şəhər və rayonda   59   səyyar qəbul keçirilmiş, 4731 nəfərin iştirak etdiyi bu qəbullarda  531  nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə  2487 nəfər rayon sakininin müraciətləri dinlənilmiş, onların mənzil-məişət şəraitləri ilə yaxından tanış olunmuş,  həlli mümkün olan məsələlərin həyata keçirilməsi üçün aidiyyəti  rayon təşkilatlarına göstərişlər verilmişdir. Rayon İcra  Hakimiyyəti başçısı yanında 19 şura iclası keçirilmiş  cari məsələlər dərindən təhlil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, hesabat dövründə Fingə obasında 4.4 km, Şeylanlı obalarında  5.6 km, Sadınlar-2 obasında 4.1 km və  Qarakeçdi İnçalan obasında 8.1 km uzunluğunda çınqıl örtüklü avtomobil yolu çəkilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihəsi əsasında əhalini içməli su ilə təmin etmək məqsədi ilə Mişni və Qarıqışlaq  obalarında yeni modul tipli su təmizləyici qurğunun tikintisinə başlanılmış, obadaxili su xətləri çəkilmiş,  hər iki obada müasir  standartlara cavab verən su təmizləyici qurğular əhalinin istifadəsinə verilmişdir. Rayonun daxili imkanı hesabına Vağazin obasında 640 m uzunluğunda avtomobil yolu əsaslı təmir edilmişdir.
Məruzədə   şəhid, əlil və imkansız ailələrə müxtəlif ərzaq yardımlarının verilməsi, səyyar qəbulların mütəmadi keçirilməsi,  əhalinin içməli su təminatının yaxşılaşdırılması, təsərrüfat suyu və fasiləsiz elekrti enerjisi ilə  təmin olunması  məsələləri ətraflı danışılmışdır. Şura iclasında Rayon Təhsil Şöbəsinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının rəhbərləri, Ağcabədi rayon Mənzil Kommunal İstisamar sahəsinin rəisi və Laçın Rayon İcra Hakimiyyəti başçısının  Fərraş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış etmişdir.
   İclasda müzakirə olunan məsələlərlə  bağlı müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər