Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının növbəti görüşləri-səyyar qəbulları Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında keçirilmişdir.

30 sentyabr 2015 | 15:00

30 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisindəki müvəqəti məskunlaşmış rayon sakinləri ilə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun görüşü-səyyar qəbulu keçirilmişdir. Görüşdə 70 nəfər rayon sakini iştirak etmişdir.
  Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
  Görüşdən sonra keçirilmiş səyyar qəbulda 6 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
  Günün ikinci yarısında Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində 60 nəfər rayon sakininin iştirakı ilə görüş-səyyar qəbulu keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini bir daha vurğulayaraq,  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müntəzəm olaraq davam etdirildiyini bildirmişdir.
  Görüşdən sonra keçirilmiş səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
    Səyyar qəbullarda Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər