Laçın Rayonu İcra Hakimiyyəti başçısının növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Xətai rayonunda keçirilmişdir.
29 sentyabr 2015-ci il tarixdə Bakı şəhərinin Xətai rayonunun Naximov qəsəbəsində 75 nəfər rayon sakininin iştirakı ilə görüş-səyyar qəbulu keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini bir daha vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müntəzəm olaraq davam etdirildiyini bildirmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.