Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Bilik Gününü sevinclə qeyd etdilər.

15 sentyabr 2015 | 15:00

15 sentyabr - Bilik Günü  ilə əlaqədar Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin əməkdaşları rayonun  ümumtəhsil məktəblərində  olmuş, şagirdlər, valideynlər və  müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları rayon ictımaiyyəti adından təbrik etmişlər.
      Yeni dərs ilinin ilk günündə rayonun Taxtakörpü qəsəbə tam orta, 37 və 23 nömrəli tam orta məktəblərində  olan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev   rayonun bütün pedaqoji kollektivlərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Məktəb kollektivləri ilə görüşündə rayon üzrə ali məktəbə 303 nəfərin qəbul olunmasını, 39 nəfərin 500-dən, 15 nəfərin isə 600-dən yuxarı bal toplamasını  yüksək qiymətləndirmiş, yeni dərs ilində bundan da yüksək göstəricinin əldə edilməsini arzulamışdır.
      2015-2016-cü dərs ilinə hazırlıqla əlaqədar hazırda rayon üzrə 118 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 4-ü ibtidai, 31-i  ümumi orta,    83-ü tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Hazırda bu məktəblərdə təhsil alacaq şagirdlərin  ümumi sayı  10343  nəfərdir ki, bunlardan da 1264   nəfəri  birinci sinfə daxil olanlardır. Şagirdlərin  təlim-tərbiyəsi ilə    2450-ə yaxın  müəllim  məşğuldur ki, onlardan da 57  nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin  göndərişi  ilə  gəlmiş və işlə təmin edilmiş gənc müəllimlərdir.  Yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 8-ci siniflərə dərs deyəcək  185  nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar almışlar.
     Yeni tədris ilinə hazırlıqla əlaqədar rayon üzrə büdcə vəsaiti hesabına 9  məktəbdə əsaslı və cari təmir işləri aparılmışdır.

Keçidlər