Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

14 avqust 2015 | 15:00

14 avqust 2015-ci il tarixdə  Şamaxı rayonu  ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə Şamaxı rayonunun Mədrəsə qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən  görüş-səyyar qəbul keçirilmişdir. Görüş-səyyar qəbulda 45 nəfər rayon sakini  iştirak etmişdir.
           Görüşdə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  Ölkə Prezidentinin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, xüsusilə cari ildə rayon üzrə ali məktəblərə, o cümlədən ali hərbi təhsil müəssislərinə ötən ilə nisbətən daha çox gənclərimizin qəbul olmasından fəxarətlə danışmış, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
           Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı Ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın  işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
            Görüşdən sonra keçirilmiş səyyar qəbulda ¬¬¬¬6 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
  Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, idarə, müəssisə rəhbərləri və aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər