Laçın Rayonu İcra Hakimiyyəti başçısının növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Nizami rayonunda keçirilmişdir.
2015-ci il 7 avqust tarixdə Bakı şəhəri Nizami rayonu ərazisindəki Bakı şəhər 238 saylı tam orta məktəbinin binasında 65 nəfərin iştirakı ilə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun Bakı şəhərinin Nizami rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.