Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar müşavirə keçirildi.

07 avqust 2015 | 15:00

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun sədrliyi ilə 2015-ci il 7 avqust tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 238 saylı tam orta məktəbinin akt zalında Laçın Rayon Təhsil şöbəsinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərlərinin, həmin təşkilatların tabeliyində olan təhsil, səhiyyə və mədəniyyət müəssisələrin məsul işçilərinin iştirakı ilə səyyar müşavirə  keçirilmişdir. Müşavirədə 90 nəfər iştirak etmişdir.
  Açıq müzakirə şəraitində keçirilmiş səyyar müşavirədə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssislərinin fəaliyyəti barədə  Laçın Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin, Laçın Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rauf İsfəndiyarovun, Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Yusif Hüseynovun ətraflı məlumatları dinlənilmiş, görülmüş işlərdən, qarşıda  duran vəzifələrdən danışılmışdır.
   Müşavirədə çıxış edən Laçın rayonunun Quşçu kənd tam orta məktəbinin direktoru Sabir Mirzəyev, Kamallı kənd tam orta məktəbinin direktoru Şahmar Məmmədov, Malıbəy kənd tam orta məktəbinin direktoru Əbülfət Musayev, 3  nömrəli Laçın tam orta məktəbinin direktoru Seymur Nəsibov, 6 saylı Laçın tam orta məktəbinin direktoru Rahib Əzimov, 3 nömrəli Laçın şəhər klubunun müdiri Sürəyya Əliyeva  rəhbərlik etdikləri müəssislərə göstərilən dövlət qayğısından öz razılıqlarını bildirmiş, əldə etdikləri uğurlardan danışaraq qarşıda duran vəzifələri ləyaqətlə həyata keçirəcəklərini vurğulamışlar.
     Müşavirədə hər bir məsələyə öz münasibətini bildirən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində  aparılan məqsədyönlü işlərin günün tələbləri səviyyəsində davam etdirilməsi, bu müəssisələrin kadr və maddi-texniki bazasının gücləndirilməsi, həmçinin payız-qış mövsümünə hazırlıq barədə Laçın Rayon Təhsil şöbəsinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
     Müşavirənin sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qərar qəbul edilmişdir.

Keçidlər