Şriftin ölçüsü :

Saytın rəngi :

Daşkəsən rayonu ərazisində yaylaqlarda və müvəqqəti məskunlaşdıqları qış obalarında olan Laçınlı məcburi köçkünlərə səyyar həkim briqadaları tərəfindən tibbi xidmət göstərilmişdir.

03 avqust 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun tapşırığına uyğun olaraq Laçın  Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadaları təşkil edilərək qrafik əsasında yerlərə ezam olunmuşdur.  Səyyar həkim briqadaları təcili tibbi yardım maşınları, zəruri dərman və sarğı materialları ilə təchiz edilmişdir. Həmin qrafikə əsasən gündəlik olaraq rayon əhalisinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki  obalarda  əhaliyə səyyar tibbi xidmət göstərilir.
      24  iyun 2015-ci il tarixdən başlayan, 30 iyul 2015-ci il tarixədək davam edən bu tədbirlər ilk olaraq rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Mirik, Minkənd, Qoşasu, Qarıqışlaq, Fingə, Nurəddin, Alxaslı, Sadınlar, Hacılar, Əhmədli, Ağcakənd, Ərdəşəvi, Mişni, Vağazin, Kamallı, Cağazur, Malıbəy obalarını və rayon sakinlərinin  şəxsi təsərrüfatlarını saxlamaq üçün yaylaqlara köçdüyü Daşkəsən rayonunu əhatə  etmişdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bu ərazilərdə təşkil olunmuş səyyar tibbi müayinələr zamanı 313 nəfərə ambulator müalicə təyin edilmiş, digərlərinə səhhətlərindəki problemə görə aidiyyəti səhiyyə müəssisələrinə müraciət etmələri üçün göndərişlər verilmişdir. Qocaların və ev şəraitində xəstə vəziyyətdə olan  insanların tibbi müayinəsinə xüsusi diqqət yetirilmişdir.
Səyyar həkim briqadalarının göstərdiyi tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
      Belə tədbirlərin  ilin isti günlərində davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər