Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə görüş-səyyar qəbul keçirilmişdir.

30 iyul 2015 | 15:00

30 iyul 2015-ci il tarixdə  Şəmkir rayonu  ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə Şəmkir rayonunun Nərimankənd kəndində görüş-səyyar qəbul keçirilmişdir. Qəbulda 55 nəfər rayon sakini  iştirak etmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına qəti əminliklərini bildirmişlər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 11 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları və aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Keçidlər