Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü qeyd olundu

28 aprel 2012 | 15:00

27 aprel 2012-ci il tarixdə Ağcabədi rayonu ərazisində, Taxta körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, “əməkdar həkim” Şakir İsayev açıq elan edildikdən sonra rayon tibb işçiləri tərəfindən Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Poliklinika şöbəsinin müdiri Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açmış, əsil azərbaycanlı qadınına məxsus keyfiyyətlərindən danışmışdır.
Tədbirdə Zərifə xanım Əliyevanın şərəfli ömür yolu , oftalmolgiya elminin inkişafındakı müstəsna xidmətləri, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə rayon Mərkəzi Xəstəxanasının həkimi Vaqif Məmmədovun geniş məlumatı dinlənilmiş, görkəmli elm xadiminin mənalı ömür yoluna nəzər yetirilmiş, yüksək mənəvi keyfiyyətlərindən söhbət açılmışdır.
Tədbirində iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Məhəmməd Şahbazov çıxış edərək qeyd etmişdir ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə böyük şəxsiyyət Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi bütün ömrü boyu onun köməyinə çatmışdır. Həmçinin bildirilmişdir ki, Zərifə xanım həmişə ulu öndərimizə mənəvi dayaq, arxa olmuş, müqəddəs bir ana kimi xalqımıza əvəzolunmaz şəxsiyyət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bəxş etmişdir.
Mərasimdə, bütün çıxışlarda xüsusilə o da vurğulanmışdı ki, görkəmli alim Zərifə xanım Əliyevanın ideyaları, elmi nailiyyətləri bu gün də yaşayır , nəinki Azərbaycanda, eləcədə dünyada tibb elminin inkişafına öz tövhələrini verir.
 

Keçidlər