Laçın rayonu üzrə 2015-ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
27 iyul 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrlə əlaqədar Laçın rayonunda görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir. Laçın rayonunda cari ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə Möhtərəm ölkə Prezidentinin rəhbərliyi altında respublikada və rayonda görülmüş işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir. Həmçinin məruzədə bildirilmişdir ki, hesabat dövründə 18 şəhər və rayonda 31 səyyar qəbul keçirilmiş, 2771 nəfərin iştirak etdiyi bu qəbullarda 334 nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 1854 nəfər rayon sakininin şifahi müraciətləri dinlənilmiş, 773 vətəndaş müraciətlərinə baxılmış, onların mənzil-məişət şəraitləri ilə yaxından tanış olunmuş, həlli mümkün olan məsələlərin həyata keçirilməsi üçün aidiyyəti rayon təşkilatlarına göstərişlər verilmişdir. Eyni zamanda bildirilmişdir ki, hesabat dövründə qəsəbə ərazisindəki mərkəzi avtomobil yolunda 120 m3 beton bünövrə, 1220 metr uzunluğunda istinad divarı, 1000 m beton bardür, 1390 m2 aqlay örtüklü səki, 760 m uzunluğunda dekorativ hasar tikilmişdir. Taxtakörpü-Məmmədli, Mayis-Alxaslı, Mayis-Hacılar, Qarakeçdi - Mirik, Taxtakörpü-Mayis və Arduşlu çınqıl örtüklü avtomobil yollarının 23 km-lik hissəsində cari təmir işləri aparılmış, Qayğı qəsəbə İnzibati ərazi dairəsinin sifarişi ilə 1807m2 asfalt beton salınmış, qəsəbə daxili yolun 4990 m2 hissəsinə çınqıl örtük verilmişdir. Rayonun daxili imkanı hesabına Vağazin obasında 640 m uzunluğunda avtomobil yolu əsaslı təmir edilmişdir.
Məruzədə şəhid, əlil və imkansız ailələrə müxtəlif ərzaq yardımlarının verilməsi, səyyar qəbulların mütəmadi keçirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması, təsərrüfat suyu və fasiləsiz elekrti enerjisi ilə təmin olunması məsələləri ətraflı danışılmışdır. Şura iclasında Rayon Maliyyə Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının, Rayon Sukanal idarəsinin rəhbərləri və Laçın Rayon İcra Hakimiyyəti başçısının Sadınlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış etmişdir.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunmuşdur.