Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi qeyd edildi.

21 iyul 2015 | 15:00

21 iyul 2015-ci il tarixdə Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə Laçın  Rayon İcra Hakimiyyəti başçısı aparatında tədbir keçirilmişdir. Tədbirin iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək  dəstələri düzmüş, Ulu öndərə hörmət və ehtiramlarını bildirmişlər. 
Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində olan “Əkinçi” qəzetinin nəşr olunmasının 140 illiyi ilə əlaqədar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 iyun 2015-ci il tarixli, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ən böyük tarixi əhəmiyyətə malikdir.
Eyni zamanda o bildirmişdir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri aradan qaldırması, 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Azərbaycanda media ilə bağlı bütün tənzimləyici dövlət mexanizmlərini, o cümlədən senzuranı ləğv etməsi  Milli Mətbuata olan ən böyük dövlət qayğısının təzahürüdür..
Həmçinin o bildirmişdir ki, “Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin  6 iyun 2015-ci il tarixli, 45 nömrəli sərəncamının icrası məqsədilə Rayon İcra Hakimiyyəti başçısı aparatında Tədbirlər Planı hazırlanmış, 1 iyul 2015-ci il tarixdə Zərdab rayonunda keçirilən regional konfransda Rayon İcra Hakimiyyətinin iştirakı təmin edilmişdir.
Tədbirdə “Azərbaycan Milli Mətbuatı - 140” mövzusunda məruzə dinlənilmişdir. Məruzə ətrafında çıxış edənlər 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlərin  davam etdiyini bildirmişlər.
Həmçinin xüsusilə vurğuanmışdır ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Milli Mətbuatımıza olan dövlət qayğısı bu gün Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda  Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi mətbu orqanı olan “Laçın” qəzetinin baş redaktoru Mayıl İlyasova  Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Fəxri Fərmanı təqdim olundu.

Keçidlər