Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

15 iyul 2015 | 15:00

2015-ci il 15 iyul  tarixdə  Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr də daxil olmaqla 80 nəfər iştirak etmişdir.
    Şura iclasında “Laçın rayonunun  yerli büdcəsinin gəlir və xərclərinin 2015-ci ilin birinci yarısında icra vəziyyəti”, “Laçın rayonu üzrə yemək xərci üçün aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi sahəsində aparılan işlərin vəziyyəti “ və bir sıra cari məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. İşgüzar şəraitdə keçmiş Şura iclasında gündəlikdə duran məsələlər üzrə qarşılıqlı fikir mübadilələri aparılmış,  qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Keçidlər