Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 46-cı ildönümü qeyd edildi.

14 iyul 2015 | 15:00

14 iyul 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 46-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Laçın  rayon təşkilatı və Laçın  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  dəyirmi masa  keçirildi. Yeni Azərbaycan Partiyasının Laçın  rayon təşkilatının mənzil qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək  dəstələri düzmüş, Ulu öndərə hörmət və ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, Ulu öndərin 1969-cu il 14 iyul tarixdə Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Natiq vurğuladı ki, həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə Ulu öndər  Heydər Əliyevin  Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. O, həmçinin bildirmişdir ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətimiz qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olmaqla,  gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratmış oldu.
   Tədbirdə digər çıxış edənlər də qəti əminliklə bildirmişlər ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun  başlanğıcı  məhz 1969-cu ildən - Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən hesablanır. Həmçinin bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər