21 aprel 2012-ci ildə birinci rübdə rayonda görülmüş işlər müzakirə olunmuşdur
16 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı rayon ictimiyyəti nümayəndələrinin iştirakı ilə geniş ümumrayon yığıncağını keçirilmişdir. Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov yığıncaqda məruzə ilə çıxış edərək iclas iştirakçılarının diqqətini ölkə Prezidenti cənab İlham Əliyevin ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasdakı giriş nitqində göstərilən ümumi daxili məhsul artımının 0,5 faiz, qeyri-neft sektorunda isə artımın 7,7 faiz olmasına, sənayedə isə qeyr-neft sektorunun çəkisinin 16,5 təşkil edərək rekord həddə çatmaqla, bitkiçilikdə 6,4 faiz, heyvandarlıqda isə 3,2 faiz artım olduğuna yönəltmiş, ümumiyyətlə bu göstəricilərin 2012 ci ilin də uğurla başlandığının əyani təzahürü olduğunu bildirmişdir. Rayon rəhbəri məruzəsində 2012-ci ilin dövlət büdcəsinin 20 milyard, icmal büdcənin isə 25 milyard dollardan çox olmasını qeyd etməklə, cari ilin birinci rübündə bu rəqəmin 43 milyard dollardan çox olmasını, bunun isə öz növbəsində qarşıya qoyulan istənilən məsələnin həll edilməsinə, qəbul edilmiş Dövlət Proqramlarının reallaşdırılmasına imkan yaratdığını, rüb ərzində 24 min yeni iş yeri yaradıldığını, ölkə vətəndaşlarının sovet dövründən qalan əmanətlərinin ödənilməsi üçün bir milyard manat vəsaitin nəzərdə tutulduğunu bildirmişdir. Eyni zamanda cənab Prezidentin iclasdakı çıxışında ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, süni qiymət artımının qarşısının alınması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qıssa vaxtda tətbiqi və informasiya təhlükəsizliyi kimi məsələlərlə bağlı tapşırıqlarının rayonda yerinə yetirilməsinin ümdə vəzifə olduğu qeyd olunmuşdur.
Rayon rəhbəri 2012-ci ilin birinci rübü ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta körpü qəsəbəsində və digər ərazilərdə tikinti-abadlıq işlərinin davam etdirildiyini, ümumilikdə laçınlılar tərəfindən 6000 ədəd ağac və 3000 ədəd gül kollarının əkildiyini, sakinlərə göstərilən bütün sosial xidmətlərin yaxşılaşdığını bildirmiş, sakinlərlə yerlərdə çoxsaylı səyyar qəbullar keçirildiyini, qaldırılmış məsələlərin əksəriyyətinin həll olunduğunu qeyd etmişdir. Həmçinin 2012-ci ilin birinci rübündə rayon üzrə təsərrüfatlarda 32941 baş iribuynuzlu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3358 baş çox, 198741 baş xırda buynuzlu olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 1925 baş çox heyvanlar olduğu bildirilmiş, eləcədə kənd təsərrüfatının digər sahələrində artımlara nail olunmuşdur. Yığıncaqda rayon vergilər şöbəsinin müdiri Fariz Zeynalov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov, Dövlət Qaçqınlar Komitəsinin Ağcabədi rayonu üzrə nümayəndəsi Yunis Həsənov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.