Şriftin ölçüsü :

Saytın rəngi :

Qax rayonunda müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə görüş-səyyar qəbul keçirilmişdir.

24 iyun 2015 | 15:00

24 iyun 2015-ci il tarixdə  Qax rayonu  ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə Qax rayonunun Şıxlar kəndində görüş-səyyar qəbul keçirilmişdir.
Görüşdə dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər  onlara göstərilən diqqət və qayğıya görə, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarından fəxarətlə danışmışlar.
     Görüşdən sonra keçirilmiş səyyar qəbulda 7 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  tərəfindən yerindəcə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.

 

Keçidlər