Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirildi.
2015-ci il 22 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun sədrliyi ilə keçirilmiş Şura iclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları daxil olmaqla 110 nəfər iştirak etmişdir. Şura iclasında “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamlarla edilmiş Əlavələrlə bağlı Laçın rayonunda görülmüş işlərin vəziyyəti” və rayonda ayrı-ayrı sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məsələlər ətraflı müzakirə edilmiş, bu sahələrdə görülən işlərdən bəhs olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.
İşgüzar şəraitdə keçmiş geniş Şura iclasında gündəlikdə duran məsələlər üzrə açıq müzakirələr və qarşılıqlı fikir mübadilələri aparılmış, qarşıda duran vəzifələrin vaxtında və günü tələbləri səviyyəsində həyata keçirilməsi aidiyyəti rayon təşkilatlarının əsas vəzifələrindən hesab edilmişdir.