Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

17 iyun 2015 | 15:00

17 iyun 2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı  Akif Səlimov  Ağsu rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Ağsu rayonunun Gürcüvan kəndində görüş-səyyar qəbul keçirmişdir. Görüş-səyyar qəbulda 85 nəfər rayon sakini  iştirak etmişdir.
     Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 10  nəfər  məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
     Səyyar qəbulda iştirak edən rayon sakinləri  yaşadıqları kəndin qaz xəttinin bərpa olmasını, içməli su xəttinin və avtomobil yolunun təmirini xahiş etmişlər. Onların müraciətlərinə diqqətlə yanaşıldığına görə məcburi köçkünlər tərəfindən Rayon İcra Hakimiyyətinin başçısına  minnətdarlıq bildirilmişdir.

Keçidlər