Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının qrafik üzrə növbəti qəbulu keçirildi.

12 iyun 2015 | 15:00

12 iyun  2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov qəbula gəlmiş 16 nəfər məcburi köçkünün müraciətlərini ətraflı dinləmişdir. Qəbulda müraciət etmiş vətəndaşlardan 4 nəfərinin müraciəti gün ərzində müsbət həll edilmiş, 12 müraciətə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər