Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

06 iyun 2015 | 15:00

06 iyun 2015-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun  Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir. 

65 nəfər vətəndaşın  iştirakı ilə keçirilmiş görüşdə Rayon İcra Hakimiyyətini başçısının müavinləri, idarə, müəssisə rəhbərləri və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.

Məlumat verildi ki, vaxtilə burada mövcud olan su, işıq və kanalizasiya problemi bir müddət öncə yerli icra orqanları tərəfindən müsbət həll edilmişdir.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov qeyd etdi ki, artıq 20 ildən çoxdur ki, ərazilərimizin 20 faizi işğal altındadır. Ancaq bu işğal nə laçınlıların, nə digər rayonların sakinlərinin, nə də bütövlükdə Azərbaycan xalqının günahı ucbatından baş verməmişdir. Bizim üzləşdiyimiz bu faciənin kökündə o dövrdə baş verən ictimai-siyasi proseslər dayanır. Qlobal mənada baş verən proseslərin qurbanına çevrilən bir milyondan çox azərbaycanlıya bu gün ən yüksək səviyyədə xüsusi diqqət və qayğı göstərilir. Hər birimiz bilirik ki, bu qayğı Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  tərəfindən göstərilir və bu məsələ daima dövlət başçımızın nəzarətindədir. Bu gün Ölkəmizin başçısı açıq şəkildə bütün dünyaya bəyan edir ki, biz nəinki Dağlıq Qarabağı və ona bitişik ərazilərimizi, eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzuru, Dərələyəzi, İrəvanı da mənfur ermənilərdən azad edəcəyik.  Bu gün Azərbaycan ordusu ən müasir tələblərə cavab verən səviyyədədir və Ali Baş Komandanın əmrini ən qısa zamanda yerinə yetirməyə qadirdir. Savadlı və yüksək intellektə malik gənclik yetişdirmək zamanın tələbidir. Bu günün döyüş maşınları texnika ilə idarə olunur. Biz də öz övladlarımızın yüksək səviyyədə elmi biliklərə yiyələnmələri üçün çalışmalı, xüsusən hərb sənətinə yiyələnmələri üçün onlarda maraq oyatmalıyıq. Çünki bizim doğma ərazilərimiz işğal altındadır və o yerləri azad edəcək ordu hissələrinin önündə mütləq laçınlı zabitlər getməlidir. Bu bizim üzərimizə düşən bir mənəvi borcdur və çalışıb bu borcun altından şərəflə çıxmağı bacarmalıyıq. Mən mövcud prosesləri yaxından izləyən bir şəxs kimi sizləri əmin edirəm ki, biz yaxın zamanlarda öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu gün heç kəsə sirr deyil ki, bütün Azərbaycan xalqı İlham Əliyev şəxsiyyəti ətrafında sıx birləşib və istənilən taleyüklü problemi həll etməyə qadirdir. 

Görüşdən sonra keçirilmiş səyyar qəbulda 13 nəfər vətəndaşın müraciəti dinlənilmiş və həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür. Müraciətlər əsasən yol təmiri, telefon xəttinin çəkilişi, mənzil şəraitinin yaxşılaşdırılması və xəstə olan insanların müalicəsinə kömək göstərilməsi ilə bağlı olmuşdur. Vətəndaşlara izah edilmişdir ki, məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi müvafiq Dövlət Proqramlarına uyğun olaraq həyata keçirilir.

Səyyar qəbulda iştirak edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə doğma torpaqlara qayıdacaqlarına inamlarını ifadə etmişlər.

Keçidlər