Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nü qeyd etdilər.

05 iyun 2015 | 15:00

05 iyun 2015-ci il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Rayon Suvarma Sistemləri İdarəsinin, Sukanal idarəsinin əmək kollektivlərinin üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı  Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar. Daha sonra tədbir Rayon Suvarma Sistemləri İdarəsində rəsmi hissə ilə davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov açmış, tədbir iştirakçılarını salamlamışdır. Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimovun su təsərrüfatı və meliorasiya işçilərinə peşə bayramları münasibətilə ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə bütün sahələrlə yanaşı meliorasiya və su təsərrüfatı sisteminin də inkişafına daim böyük diqqət və qayğı göstərdiyini qeyd etmiş, “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nün qeyd edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamın önəmini iştirakçıların diqqətinə çatdırmış, rayonda görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verərək bütün əmək kollektivinin üzvlərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışdır.

Tədbirdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər