Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 28 May - Respublika Gününü bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər.

27 may 2015 | 15:00

27 may 2015-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur.
Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açıq elan etdikdən sonra, dövlətçiliyimiz tarixindən, eləcədə bütün türk dünyasında  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışmış, Cümhuriyyət xadimləri arasında iki nəfər- Xosrov Paşa bəy Sultanov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd etmiş, qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini, bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol və müasir Azərbaycan dövlətinin inkişafı ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin məruzəsi dinlənilmiş, məruzə ətrafında tarixi faktlara əsaslanan çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər