Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzlərində açıq dərslərin keçirilməsi uğurla başa çatmışdır.

26 may 2015 | 15:00

Müasir  Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş Ümummilli liderimiz "Heydər Əliyev irsinin öyrənilməsi"  məqsədi ilə 11-ci sinif şagirdlərinə xüsusi dərslərin tədris olunması Laçın rayonunda da uğurla başa çatmışdır.
Rayon Təhsil Şöbəsində  mövzu üzrə 04 noyabr 2014-cü il tarixdən,  22 may 2015-ci il tarixədək tədrisə cəlb olunacaq məktəblərin siyahısı və qrafiki müəyyən edilmiş, rayon sakinlərinin daha sıx məskunlaşdıqları, rayon ümumtəhsil məktəblərinin  fəaliyyət göstərdikləri bütün yaşayış məntəqələri üzrə hazırlıq işləri başa çatdırılmış, dərslərin yüksək səviyyədə təşkili üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.
          
    2014-2015-ci tədris ilində 81 tam orta məktəb üzrə 826 nəfər XI sinif şagirdi Ümummilli liderimiz "Heydər Əliyev irsinin öyrənilməsi" məqsədi ilə 04 noyabr 2014-cü il tarixdən, 22 may 2015-ci il tarixədək rayonun ümumtəhsil məktəblərinin yerləşdiyi rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində keçirilən birinci və ikinci dərslərdə iştirak etmişlər.
  Dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilmişdir. Açıq dərslərdə şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən eksponatlar,
fotoşəkil və kitablarla tanış olmuşlar. Məktəblilərə Azərbaycanın inkişafında, dövlət quruculuğunda və müstəqilliyinin möhkəmləndirilməsində, daxili və xarici siyasət nəticəsində əldə edilən nailiyyətlərdə dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir. Açıq dərsdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Eyni zamanda  oda vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.

"Heydər Əliyev irsinin öyrənilməsi" məqsədi ilə  keçirilən birinci və ikinci dərslərdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri iştirak etmişdir.

Keçidlər