Şirvan şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
25 may 2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüşü-səyyar qəbulda 41 nəfər rayon sakini iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri ərazidə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni evlərin tikilməsini xahiş etmişlər. Onların müraciətlərinə diqqətlə yanaşıldığına görə məcburi köçkünlər tərəfindən Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq bildirilmişdir.