Heydər Əliyev adına Azərbaycan Ali Hərbi MƏktəbinə və Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verəcək rayon məktəbliləri ilə görüş keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun “Hər ailədən orduya bir zabit” şüarı ilə aparılan təbliğatın nəticəsi olaraq ali hərbi məktəblərə və hərbi liseyə rayon məktəblilərinin marağı günü-gündən artamaqdadır.
Laçın Rayon Təhsil Şöbəsinin rəhbərliyi 15 may 2015-ci il tarixdə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində fəaliyyyət göstərən, 16 may 2015-ci il tarixdə isə Bakı şəhərində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərində təhsil alan, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verəcək rayon məktəbliləri, onların təhsil aldıqları məktəbin müəllimləri və həmin məktəblilərin valideynləri ilə görüş keçirmişdir.
Görüşdə şagirdlərin bilik səviyyəsi yoxlanılmış, onların problemləri öyrənilmiş, eyni zamanda valideynlərin arzu və təklifləri dinlənilmişdir.
Tədbirin sonunda ümumtəhsil məktəblərinin direktorlarına və fənn müəllimlərinə həmin şagirdlərin hazırlığı ilə bağlı lazımi tapşırıq və tövsiyələr verilmişdir.