Laçın rayonunun işğalının 23-cü ildönümünə həsr olunmuş flashmob keçirilmişdir.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə tədbir keçirildi. Tədbir Taxtakörpü tam orta məktəbin qarşısında 100-dən çox şagirdin iştirakı ilə LAÇIN adlı flashmob nümayiş etdirildi. Daha sonra isə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Həsənov çıxış edərək bildirdi ki, iyirmi üç illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcəkdir. Sonra isə Taxtakörpü tam orta məktəbinin direktoru Abuzər Abuzərov Laçının alınmaz qala olduğunu vurğulayaraq yaxın zamanlarda öz doğma yurd-yuvamız olan Laçınımıza qayıdacağımıza əminliyini bildirdi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavinləri Elməddin Əkbərli və Nuranə Alışanova çıxış edərək Laçın haqqında geniş məlumat verdi və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan rayonlarımızın yaxın zamanda düşmən tapdağından azad ediləcəyini vurğuladılar. Tədbirin sonunda Taxtakörpü tam orta məktəbin həyətində rayon təşkilatının gənc fəalları, rayonun idarə və müəssisələrində çalışan gənclər və məktəbin müəllim kollektivinin iştirak ilə Taxtakörpü tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş etdirildi.