Şriftin ölçüsü :

Saytın rəngi :

15 may Beynəlxalq Ailə Günüdür.

15 may 2015 | 15:00

15 may Beynəlxalq Ailə Günü BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən bütün dünyada qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Ömrünün 30 ildən çoxunu xalqımızın inkişafı və firavanlığına həsr etmiş Ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlı ailəsinə, onun problem və çətinliklərinə diqqət və həssaslıqla yanması cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu baxımdan 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” nin, 2006-cı ildə isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması ilə bu sahədə xeyli irəliləyişlərə nail olunmuşdur. Son illər  “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” tərəfindən 15 may Ailə günü ilə bağlı yekun tədbirin regionlarda keçirilməsi, bütün regionların bu tədbirə cəlb edilməsini asanlaşdırmışdır. 2015-ci il 15 may tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yaxından köməkliyi ilə Şəmkir şəhərində yerləşən Heydər Parkında 78 ailənin iştirakı ilə keçirilən tədbirdə rayonumuzu  Qovuşuq kənd sakini,  Zeynalov Vilayət Gəray oğlu öz ailə üzvləri Zeynallı Xəyyam  Vilayət oğlu Azərbaycan Texniki Universitetinin ikinci kursunda, digəri isə Zeynallı Gəray  Vilayət oğlu rayonun Vəliuşaqlı kənd tam orta məktəbinin on birinci sinfində  təhsil alan övladları və həyat yoldaşı ilə birlikdə təmsil etmişdir.
    Bayram tədbirində Zeynalovlar ailəsi diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur. Bayram tədbirində müxtəlif rayonlardan gəlmiş ailələrin əl işləri nümayiş olunmuş, yaradıcı ailələrin və respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir.

Keçidlər