Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qarıqışlaq və Alxaslı obalarında keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları 14 may 2015-ci il tarixdə 55 nəfərin iştirakı ilə ərazidəki Qarıqışlaq obasında müvəqqəti məskunlaşmış Laçın rayonunun Qarıqışlaq kəndindən olan məcburi köçkünlərlə, daha sonra isə 65 nəfərin iştirakı ilə Laçın rayonunun Alxaslı kəndindən olan məcburi köçkünlərlə Alxaslı obasında keçirilmişdir. Görüşlərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qarıqışlaq kənd tam orta məktəbinin foyesində yeni yaradılmış stendlərə baxış keçirilmiş, müəllim və şagird kollektivi ilə görüşülmüşdür. Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Qarıqışlaq kənd orta məktəbinin foyesində yaradılmış stendlərə görə məktəb rəhbərliyinin fəaliyyətindən razılığını bildirmiş, rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açmış, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə geniş məlumat vermişdir. Görüşdən sonra keçirilmiş səyyar qəbulda 6 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Alxaslı obasında Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasının həyətində keçirilən görüş-səyyar qəbul da sakinlər tərəfindən razılıqla qarşılanmışdır. Görüşdən sonra keçirilmiş səyyar qəbulda 7 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərlə bağlı verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Hər iki görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev də iştirak etmişdir.