Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə yerlərdə keçirilən görüşlər problemlərin həllini sürətləndirir

09 aprel 2012 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən rayon sakinləri ilə müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrində görüşlər keçirilməsi mütəmadi xarakter almışdır.
2012-ci ilin mart ayı ərzində rayon rəhbərinin Goranboy rayonunda yeni salınmış qəsəbədə, Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində və Fingə, Mişni, Alxaslı, Qarıqışlaq, Qarakeçdi, Ağbulaq, Qoşasu, Sadınlar, Cağazur, Malıbəy, Kamallı obalarında, həmçinin yerli rayon rəhbərlərinin də iştirak etdiyi Qobustan, Şamaxı, Ağsu rayonları ərazisində, habelə Bakı şəhərində Qala, Buzovna, Bildəh, Pirşağı,Ümid, Sahil, Qurd Qapısı, Sənqəçal, Naximov, Yeni Günəşli yaşayış məntəqələrində məskunlaşan laçınlı məcburi köçkünlərlə səyyari qəbullar keçirilmişdir. Keçirilmiş bütün qəbullarda rayonun ayrı-ayrı xidmət idarələrinin, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.

Səyyari qəbullar zamanı məcburi köçkünlər tərəfindən əsasən yeni tikiləcək qəsəbələrin tikintisinin sürətləndirilməsi, məskunlaşdıqları ərazilərdə kommunikasiya xətlərinin yeniləşdirilməsi və bərpası, işlə təmin olunma, imkansız ailələrə ünvanlı sosial yardımların ödənilməsinə köməklik göstərilməsi və s, kimi problemlər qaldırılmışdır. Keçirilmiş görüşlər zamanı məcburi köçkünlərə onları narahat edən bütün problemlərlə bağlı lazımi izahat verilmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğu ilə bağlı görülən işlər, eləcədə işğal altındakı torpaqlarımızın tezliklə azad olunması üçün aparılan siyasət barədə onlara geniş məlumat verilmişdir.
Ümumilikdə keçirilmiş səyyar qəbullarda 3550 nəfərdən çox rayon sakini iştirak etmiş, 274 nəfər rayon sakini problemləri ilə bağlı müraciət etmişdir. Səyyari qəbullar zamanı rayon sakinləri tərəfindən qaldırılan problemlərin bəziləri elə yerindəcə həll olunmuş, qeyd olunan bütün məsələlər nəzarətə götürülərək, qısa müddət ərzində həll olunması üçün aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Eyni zamanda həlli rayon səviyyəsində mümkün olmayan problemlərlə bağlı rayon İcra Hakimiyyəti başçısı aparatında tədbirlər planı hazırlanaraq Respublikanın aidiyyatı qurumları qarşısında kömək olunması üçün məsələ qaldırılmışdır.

Keçidlər