Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunun Taxtakörpü ərazindəki Nurəddin obasında keçirilmişdir.

08 may 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu 08 may  2015-ci il tarixdə 58 nəfərin iştirakı ilə Laçın rayonunun Nurəddin kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazindəki Nurəddin obasındakı Nurəddin kənd  tam orta məktəbində keçirilmişdir.
     Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri  iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə  geniş məlumat vermişdir.
    Görüşlərdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini vurğulamışlar.
     Görüşlərdən sonra keçirilmiş səyyar qəbulda Nurəddin kəndindən olan 9 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
      Görüş-səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Nurəddin kənd  tam orta məktəbin müəllim-şagird  kollektivi ilə görüşmüş, məktəbdəki təhsil prosesinin keyfiyyəti ilə maraqlanmışdır.
Görüş-səyyar qəbul kənd sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər