Şriftin ölçüsü :

Saytın rəngi :

1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi Laçınlılar tərəfindən qeyd edilmişdir.

07 may 2015 | 15:00

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin  qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamının icrası ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin  qeyd olunması üzrə Tədbirlər Planı” hazırlanaraq Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarına göndərilmişdir.
     Rayon üzrə  ölkəmizin ayrı-ayrı bölgələrində müvəqqəti məskunlaşmış Böyük Vətən Müharibəsi iştirakçılarının siyahısı bir daha dəqiqləşdirilmiş, 15 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının yeni siyahısı tərtib edilmişdir.
     Tədbirlər Planına uyğun olaraq, rayonun ümumtəhsil məktəblərində  Böyük Vətən Müharibəsi veteranlarının iştirakı ilə şagirdlərlə görüşlər keçirilmiş, 06 may 2015-ci il tarixdə rayonun ümumtəhsil məktəblərində 1941-1945-ci illər müharibəsinə həsr olunmuş vahid dərsin (günün) keçirilməsi təmin edilmişdir.
     Sisilə tədbirlərin davamı olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən 07 may 2015-ci il tarixdə Tədbirlər Planında nəzərdə tutulduğu kimi 1941-1945-ci illər müharibəsi iştirakçısı 90 yaşına çatmış müharibə veteranı İxtiyar Əzizovun 90 illik yubileyi keçirilmişdir. Rayonun Alxaslı kənd sakini, hal-hazırda Taxtakörpü ərazisindəki Alxaslı obasında müvəqqəti məskunlaşmış İxtiyar Əzizovun həyətində hazırlanmış yubiley tədbiri əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucalmış Ulu Öndər Heydər Əliyevin büstünün ziyarət edilməsi ilə başlamışdır. Rayonun idarə və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, rayonun bir neçə ümumtəhsil məktəbinin iştirak etdiyi tədbiri açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov dünya tarixinə 50 milyondan çox insan itkisi ilə düşən Böyük Vətən Müharibəsinin Azərbaycan xalqının yaddaşında da silinməz izlər buraxdığını bildirmiş, alman faşizmi üzərində qələbənin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 min nəfərdən çox oğul və qızının cəbhəyə yola salındığını qeyd etmişdir. Həmçinin bildirilmişdir ki, bunlardan da 3660 nəfəri Laçın rayonunun  sakinləridir ki, onlardan isə 2426 nəfəri müharibədə qəhrəmancasına  həlak olmuş, alman faşizmi üzərində Qələbənin əldə edilməsində 121 nəfər azərbaycanlı cəbhədə göstərdiyi xüsusi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da bir nəfəri laçınlı Əvəz Verdiyev  olmuşdur. Eyni zamanda bildirilmişdir ki, hal-hazırda rayon üzrə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 15 nəfərdir.
     Yubiley tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən Qələbənin 70 illiyi münasibətilə olan yubiley medalı və Rayon İcra Hakimiyyəti tərəfindən alınmış bir ədəd televizor yubilyar İxtiyar Əzizova təqdim olunmuşdur.
     Yubilyar İxtiyar Əzizov çıxış edərək, Ulu öndər Heydər Əliyev tərəfindən  Böyük Vətən Müharibəsi iştirakçılarının keçdiyi qəhrəmanlıq  yoluna  doğru və düzgün qiymət verildiyini bildirmişdir. Eyni zamanda o, alman faşizminin bəşəriyyətə   vurduğu ağır zərbələrdən danışmış, həmçinin 1988-ci ildən erməni faşizmi tərəfindən soydaşlarımızın doğma vətənində köçkün vəziyyətinə düşməsini, torpaqlarımızın 20 faizinin işğalını, 20 mindən artıq soydaşımızın isə şəhid olmasını ürək ağrısı ilə dilə gətirmişdir. Həmçinin o, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduğunu, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliyini bildirmişdir. Minnətdarlıq hissi ilə qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ənənəvi olaraq, hər il 9 may - Qələbə günü ərəfəsində onlara və vəfat etmiş cəbhə yoldaşlarının ailələrinə, eləcədə arxa cəbhədə fədakarlıq göstərmiş insanlara birdəfəlik maddi köməkliklər  olunması onlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
     Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompazisiyanın nümayiş etdirilməsi ilə başa çatmışdır.

Keçidlər