Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

06 may 2015 | 15:00

Aprel ayının əvvələrindən başlayaraq,  rayonun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər  davam edir. 
Belə tədbirlərdən biri də 06 may 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Rayonun Mədəniyyət evində Taxtakörpü qəsəbə tam orta, Düşərgə tam orta, 23 nömrəli tam orta, 37 nömrəli tam orta, Dambulaq ümumi orta məktəblərində təhsil alan şagirdlərin və müəllim kollektivinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş film nümayiş olunmuşdur.
Filmin nümayişi bütün tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanmışdır.
Belə tədbirlərin rayon sakinlərinin daha sıx məskunlaşdıqları digər bölgələrdə də keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər