Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümə həsr edilmiş yarışlar keçirilmişdir.

30 aprel 2015 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümə həsr edilmiş Laçın Rayon Gənclər və İdman idarəsinin  Laçın Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq start götürmüş  taekvando, cüdo, futbol, voleybol və şahmat üzrə yarışlar başa çatmaq üzrədir.
      Silsilə yarışların davamı olaraq 29 aprel 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümə həsr edilmiş Taekvando idman növü üzrə 2001-2003, 2004-2005-ci il təvəllüdlü idmançılar arasında, 11 çəki dərəcəsində Ağcabədi şəhərində  yerləşən tam orta məktəbin idman zalında rayonlar arası birincilik yarışı keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Laçın Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev Ümummilli liderin fəaliyyətindən, xüsusən gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq bu gün idman sahəsində qazanılan uğurların Ulu Öndərin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirmiş, tarixdə ilk dəfə olaraq Avropa oyunlarının Azərbaycanda təşkil olunmasının Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi kursunun davamçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siysətin nəticəsi olduğunu bildirmişdir.
     Yarışda Laçın, Ağcabədi, Göyçay, Xocavənd, Zərdab, Beyləqan, Ağdam rayonlarından 11 komanda iştirak etmişdir.

Keçidlər