Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı elmi-praktik konfrans keçirilmişdir

28 aprel 2015 | 15:00

28 aprel 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazində yerləşən  Laçın şəhər 1 saylı uşaq musiqi məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı elmi-praktik konfrans keçirilmişdir. Laçın rayon ictimaiyyəti nümayəndələrinin və ziyalılarının iştirakı ilə keçirilən konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, Bakı Dövlət Universitetində işləyən və əslən Laçın rayonundan olan digər elm adamları iştirak etmişlər.
Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov hələ sovetlər zamanından Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və onun nümayəndələrinə göstərdiyi qayğıdan söz  açmış, bu qayğının müstəqillik illərində daha da geniş şəkildə davam etdirildiyini diqqətə çatdırmışdır. Xüsusi olaraq vurğulanmışdır ki, Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın dörd nəfər incəsənət xadimi SSRİ-in ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu o zamankı SSRİ məkanında misli görünməmiş bir hadisə idi. Rayon rəhbəri onu da xüsusi olaraq vurğulamışdır ki, Ulu öndərin bu sahədəki  fəaliyyəti də , digər sahələrdə olduğu kimi  bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Konfransda çıxış edən digər natiqlər də xalqımızın Ümummilli lideri Heydər Əliyevin müxtəlif vaxtlarda Azərbaycan mədəniyyətinə göstərdiyi himayədarlıqdan söz açmış, iştirakçısı olduqları hadisələrdən böyük məhəbbətlə danışmışlar.
Konfransın bədii hissəsi Laçın rayon 1 saylı Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivlərinin iştirakı ilə davam etdirilmiş, Azərbaycana və Heydər Əliyevə həsr edilmiş musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Sonda rayon rəhbəri və qonaqlar iştirakçılarla xatirə şəkli çəkdirmişlər.

Keçidlər