Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran laçınlı gənclərin nikah mərasimi keçirilmişdir.

28 aprel 2015 | 15:00

2015-ci il aprelin 28-də Ağcabədi şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin - Laçın rayonunun Qarakeçdi  kənd sakinləri Əhmədov Zahir Əbdül oğlunun və Həsənli Şəmsiyyə İnqilab qızının nikah aktlarının imzalanması mərasimi  olmuşdur.
Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Cabir Əvəzzadə ailə həyatı quran cütlüyə rayon rəhbərliyinin təbriklərini çatdırmış, nikah gününün  Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə təsadüf etməsini onların həyatlarında unudulmayacaq ən xoş xatirə olduğunu bildirmiş, onlara firəvanlıq və ailə səadəti arzulamışdır.
Gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi daim xatırlayacaqlarını bildirmişlər.
     Nikah mərasimi Azərbaycan Dövlət Televiziyası tərəfindən videolentə alınmışdır.

Keçidlər