Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü laçınlılar tərəfindən qeyd olunmuşdur.

28 aprel 2015 | 15:00

28 aprel 2015-ci il tarixdə Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan  Zərifə  xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü  ilə əlaqədar Laçınlı məcburi köçkünlərin  daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir.   Zərifə xanım Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri açıq elan edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan  Elmlər  Akademiyasının akademiki  Zərifə Əziz qızı Əliyeva haqqında  məlumat verərək, ölkəmizdə və dünyada Zərifə xanım Əliyevanı tanıyanlar tərəfindən onun anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlərin təntənə ilə qeyd olunduğunu bildirmişdir. Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar hazırlanmış “İnsanlara nur bəxş edən ləyaqət  nümunəsi” mövzusunda məruzə dinlənilmişdir.                       
      Məruzə ətrafında çıxış edənlər gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri  özündə  birləşdirən ziyalı Zərifə xanım Əliyevanın geniş biliyə malik olmasını, peşəsinə hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını  dərin məhəbbətlə xatırlamışlar.
Eyni zamanda bildirilmişdir ki, bu gün Zərifə xanım Əliyeva zərifliyi, xeyirxahlığı, insanpərvərliyi  onun övladları və nəvələri  tərəfindən daha geniş şəkildə davam etdirilir. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Tədbirdə həmçinin bildirilmişdir ki,  ölkəmizdə və sərhədlərimizdən  kənarda Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi geniş humanizm siyasəti isə Heydər Əliyev ideyalarının təzahürü olmaqla   bu ocaqdan qaynaqlanan insanpərvərliyin təcəssümüdür.
     Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər.

Keçidlər