Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları Ağcabədi rayonunun Taxtakörpü ərazindəki Sadınlar və Hacılar obalarında keçirilmişdir.

24 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları 2015-ci il 24 aprel tarixdə 60 nəfərin iştirakı ilə Laçın rayonunun Sadınlar kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazindəki Sadınlar obasındakı Sadınlar kənd  tam orta, daha sonra isə  70 nəfərin iştirakı ilə Laçın rayonunun Hacılar kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazindəki Hacılar obasındakı Hacılar kənd  tam orta məktəblərində keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri  iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açmış, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə  geniş məlumat vermişdir.
Görüşlərdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə, həmçinin Sadınlar obasının daxili avtomobil yollarının təmiri ilə layihənin bağlı bir neçə gün əvvəl təsdiq olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə imkan verdiyini vurğulamışlar.
Görüşlərdən sonra keçirilmiş səyyar qəbullarda Sadınlar və Hacılar kəndlərindən olan 14 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər