Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci il 21 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

21 aprel 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının iclas zalında keçirilmiş Şura iclasında 65 nəfər, o cümlədən Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təşkilatların baş mühasibləri iştirak etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun sədrliyi ilə keçirilmiş Şura iclasında 2015-ci ilin birinci rübündə Laçın rayonunun yerli büdcəsinin gəlir və xərclərinin icra vəziyyəti və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məsələ ətraflı müzakirə edilmiş, qarşıda duran vəzifələrin vaxtında təmin edilməsi üçün müvafiq qərar qəbul olunmuşdur.  
Şura iclasında cari məsələlər də müzakirə olunmuş, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə və  inzibati ərazi dairələri üzrə nümayəndələrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər