Şriftin ölçüsü :

Saytın rəngi :

Oğuz rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.

17 aprel 2015 | 15:00

17 aprel  2015-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı  Akif Səlimovun Oguz rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 110 nəfər rayon sakininin  iştirak etdiyi görüş-səyyar qəbul Oğuz şəhərində Oğuz rayon Təhsil şöbəsinin akt zalında keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərlə görüşmüş, onların problemlərini dinləmişdir.
   Qəbulda Laçın və Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 11 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirlərinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Məcburi köçkünlər onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimova  minnətdarlıq bildirimişlər.
Görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Aqşin Əliyev iştirak etmişdir.

Keçidlər