Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr – Anım Günü” ərəfəsində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir.

21 sentyabr 2026 | 17:07

Laçın Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti üzrə icra nümayəndəliklərinin əməkdaşları 2026-cı il 21 sentyabr tarixində Bərdə və Beyləqan rayonları ərazisində 44 Günlük Vətən Müharibəsinin şəhidlərinin məzarlarını və ailələrini ziyarət etmişlər.

Bərdə şəhəri ərazisindəki Şəhidlər Xiyabanında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin mülki şəhidi, Laçın rayonunun Bülüldüz kənd sakini Rəhimov Şahmalı Ətraf oğlunun və Bərdə rayonunun Əliyanlı kənd qəbiristanlığında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin mülki şəhidi, Laçın rayonunun Qorçu kənd sakini Paşayev Niftalı Səlim oğlunun məzarları ziyarət olunmuş, şəhidlərin məzarı önünə tər qərənfillər düzülərək xatirələri ehtiramla yad edilmişdir. Sonra şəhidlərin ailə üzvləri ziyarət olunmuşdur.

Həmin günün ikinci yarısı Beyləqan şəhəri ərazisində dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin mülki şəhidi, Laçın rayonunun Bülüldüz kənd sakini İsmayılova Zülfiyyə İsgəndər qızının  məzarı ziyarət olunmuş, məzarı önünə tər qərənfillər düzülərək xatirəsi ehtiramla yad edilmişdir. Sonra, şəhid Zülfiyyə İsmayılovanın ailə üzvləri ziyarət edilmişdir.

Ziyarət olunan şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər. 

Keçidlər